İraq silahlı qüvvələri xalq ordularının köməyilə ölkənin bir neçə rayonunda "İslam dövləti” terrorçu qruplaşmasının ümumilikdə 100-dən çox yaraqlısını məhv edib. Bu barədə baki-xeber.com lenta.ru saytına isinadla xəbər verir. Nazirliyin bəyanatına görə, aviasiya Ənbər əyalətinin Ər-Ramadi şəhərinin şərqindəki Bayci şəhərində 60-a yaxın radikalı məhv edib. Ər-Ramadinin şimalında isə 30 İŞİD-çi məhv edilib. Baycidə raket zərbələri nəticəsində 17 terrorçu öldürülüb, 33 nəfəri isə yaralanıb. Atışma nəticəsində terrorçuların partlayıcı və mina hazırladıqları sex də dağıdılıb. Əl-Fəllucə yaxınlığında isə 13 radikalı məhv edib ki, onlar arasında terrorçuların rayona başçı təyin etdiyi Səhləvi və iki müavini də var.