Tacikistan prezidenti İmomali Rahmon Vəhdt şəhərinin sakinlərilə görüşüb. Şəhər sakinlərinə terrorçuların tutulması istiqamətində göstərdikləri dəstəyə görə minnətdarlıq edən prezident onları terror hadisələrinin təşkilində iştirakdan çəkinməyə çağırıb. Daha sonra o, cinayətkar qrupun hücumu nəticəsində həlak olan milis işçilərinin ailələrinə və yaxınlarına başsağlığı verib.
Prezident sakinlərə məlumat verib ki, Vəhdət sakinlərindən 46 nəfər İŞİD sıralatına qoşulub, onlardan 15 nəfəri həlak olub. Tacikistan rəhbəri bundan sonra ölkə vətəndaşlarının hər hansı terrorçu qruplaşaya qoşulmasının qarşısının alınmasına çağırıb.
Dünən Rusiya prezidenti Vladimir Putin İmomali Rahmonla telefon əlaqəsi saxlayıb və ölkədə baş verənləri "ölkədə sabitliyi pozmaq cəhdi” adlandırıb.