Yəməndə İranın dəstəklədiyi husilərin ölkənin şərqindəki Marib əyalətində yerləşən silah anbarına hücumu nəticəsində Birləşmış Ərəb Əmirliklərinin 5 əsgəri ilə Bəhreynin 5 əsgəri həlak olub. Husilər bu hücumun Səudiyyə Ərəbistanının liderliyilə koalisiya qüvvələrinin husilərə qarşı hava hücumlarına cavab olduğunu açıqlayıb. BƏƏ "qorxaq” adlandırdığı hücumu pisləyib. Bununla belə BƏƏ qurulduğu 1971-ci ildən bəri ən çox insan itkisinə məruz qaldığı əməliyyatları davam etdirir. Bu gün sübh çağı BƏƏ qırıcıları Marib və paytaxt Səna daxil, husilərin qalası sayılan Səada və ibb şəhərlərini də bombalayıb. Eyni anda hava zərbələrilə Yəmənin keçmiş dövlət başçısı Əli Abdullah salehə aid kampların da vurulduğu bildirilir.
Yəməndə 6 aydır davam edən hava əməliyyatlarında, 400 nəfəri uşaq olmaqla, 4300 insan həyatını itirib, 1,5 milyon qaçqın düşüb.