PKK-nın yollarda açdığı xəndəkləri qapatmaq üçün dünəndən rayonun ara küçələrinə baxış keçirən polislər bu gün səhər saatlarında qanunsuz qruplaşmanın raket hücumlarına məruz qalıb. Poliz maşınına atılan mərmilər nəticəsində maşında olan 2 polis məmuru həlak olub, 3 nəfər isə yaralanıb. Olayın ardınca Diyarbəkir Polis idarəsinin böyük əməliyyat qrupu hadisə yerinə cəlb olunub. Hadisənin baş verdiyi Hasırlı məhəlləsində çoxlu sayda silah-sursatlı örgüt üzvünü n olduğu bildirilir. Hazırda davam edən əmliyyata havadan da dəstək verildiyi bildirilir.