Tacikistan müdafiə nazirinin keçmiş müavini Abdulxalim Nazarzodanın qardaşı Mirzohayet Nazarov hakimiyyətə təslim olub. Bu barədə baki-xeber.com "İnterfaksБa istinadən xəbər verir. "1972-ci il təvəllüdlü, bandit qruplaşmasının üzvü Mirzohayet Nazarov qruplaşmanı tərk edərək hakimiyyətə təslim olub”- deyə DİN-dən bildiriblər. Hazırda onun nəyə əsasən təslim olma qərarı qəbul etdiyi bəlli deyil. General Nazarzoda isə özünün tərəfdarları ilə hələ də Ramit yarğanında gizlənir. Onların mühasirəyə alındığı xəbər verilir. Əməliyyat davam edir.