Britaniyada Survation kompaniyasının keçirdiyi sorğu ortaya maraqlı mənzərə çıxarıb. Sən demə, ölkə əhalisinin əksəriyyəti Britaniyanın Avroittifaqdan çıxmasını istəyir. Bu barədə baki-xeber.com Gazeta.ru-ya istinadən xəbər verir. Sorğunun nəticələrinə görə, 43 nəfər ölkənin Aİ ilə yollarını ayırmasının tərəfdarı kimi çıxış edib, 40 nəfər bunun əksini düşünür, 17 nəfər isə cavab verməkdə çətinlik çəkib.
Qeyd edək ki, Britaniyanın Aİ üzvlüyündə qalıb-qalmaması ilə bağlı referendum 2017-ci ildə keçiriləcək. Ölkənin baş naziri Devid Kameron Aİ tərkibində qalmağı ölkənin maraqlarına uyğun hesab edir.