Baki-xeber.com TASS agentliyinə istinadla xəbər verir ki, Malayziya sahillərində təknənin batması nəticəsində azı 43 nəfər həlak olub. Qəza dairəsinin polis nümayəndəsi bildirib ki, xilasedicilər 20 nəfəri xilas edib, 43 nəfərin isə cəsədi sudan çıxarılıb. Xəbərdə o da bildirilir ki, 10-15 nəfərlik təknədə 80 nəfər miqrant olub. Miqrantların hamısının İndoneziyadan olduğu bildirilir, lakin onların hara üz tutduğu dəqiqləşdirilməyib.