ABŞ-ın Kaliforniya ştatında ildırımın alkoqollu içkilər fabrikinin anbarına düşməsi nəticəsində yanğın baş verib. Ətrafa dağılan çoxlu miqdarda spirtli içkinin yaxınlıqdakı su hövzəsinə axması ilə küləyin yanğını körükləməsi su hövzəsi üzərində nadir təbiət hadisəsinin – alovlu tornadonun yaranmasına səbəb olub. Bunun ən üstün cəhəti isə o olub ki, alov vaxtında lokallaşdırılaraq onun ətraf tikililərə keçməsinin qarşısı alınıb. Firma yanğının söndürülməsi üçün yerli icra orqanlarına 27 min dollar ödəməli olub.