İsrailin baş naziri Binyamin Netanyahu sentyabr ayında gözlənilən London səfəri çərçivəsində həbs edilə bilər. "Report" BBC-yə istinadən xəbər verir ki, Briyaniya parlamentinin saytında avqustun 7-də yerləşdirilən və 65 yaşlı Netanyahunun hərbi cinayətlərə görə həbs edilməsini tələb edən petisiya artıq yüz min insan tərəfindən dəstəklənib.