Baki-xeber.com xarici mətbuata istinadla bildirir ki, ABŞ oz şirkətlərinə və dövlət obyektlərinə kiberhücumlara görə Çinə sanksiyalar tətbiq etməyə hazırlaşır. Bu barədə CNN-in müxbiri ABŞ hakimiyyətindəki məmbədən məlumat alıb. Məlumata görə, ABŞ hələlik sanksiya qərarını elan etməyərək Çın rəhbərinin sentyabrın 24-25-də Vaşinqtona səfərini gözləyəcək. Məlumatda o da bildirilir ki, Çin hökuməti ABŞ-ı kiberhücumlarda əli olmadığına inandıra bilmir. O üzdən sanksiya söhbəti o qədər ciddi şəkil alıb ki, Çin rəhbərliyi məhz bunu müzakirə etmək üçün Vaşinqtona səfər etməli olub.
Deyilənə görə, sanksiya paketi Amerika kompaniyalarına bu və ya digər dərəcədə çıxışı olan fiziki və hüquqi şəxslərə tətbiq ediləcək. Prosesdən xəbərdar məmurun sözlərinə görə, sanksiya tətbiqi məsələsi artıq bir neçə aydır götür-qoy edilir, lakin indi bu barədə tam ciddi danışmağa başlayıblar. O üzdən ekspertlər əmindir ki, real təhlükə Si Ts.zinpini danışıqlar masasına oturmağa tələsdirəcək.