İqtisadi forum çərçivəsində Vladivostokda səfərdə olan Rusiya prezidenti Vladimir Putin ABŞ və Avropa siyasətini tənqid edən fikirlər səsləndirib. Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, Putin deyib ki, bu gün müsəlman Şərqində və Şimali Afrikada yaşananlar ABŞ siyasətinin nəticəsidir və təəssüf ki, Avropa da kor-koranə müttəfiqlik borcuna sadiqlik nümayiş etdirərək bu siyasətin arxasınca sürünür. Nəticədə isə Avropa öz üzərinə daha ağır yük götürmüş olur. "Baxın, bu gün ABŞ mətbuatı miqrantları qəbul etməməsinə görə Avropanı necə tənqid atəşinə tutub”- deyə Rusiya prezidenti Avropada baş verənlərin ABŞ mətbuatında işıqlandırılmasına diqqət çəkib.