Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttində bir neçə yerdə mövqelərimizə basqın etməyə cəhd göstərib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Trend”-ə verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə atəş gücü vasitəsilə təsir etməsi işğalçıları avtomat və silahın darağını ataraq geri çəkilməyə məcbur edib. İlkin məlumata görə, düşmənin diversiya qrupunun 2 üzvü öldürülüb, yaralılar var.
Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.