Ələt-Astara maqistralının Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsindən keçən hissəsində ağır yol qəzası baş verib. "Report"un xəbərinə görə, "VAZ-2107" markalı avtomaşınla "Mercedes"-in toqquşması nəticəsində iki nəfər ağır xəsarət alıb. 42-BL-729 dövlət nişanlı "VAZ-2107" avtomobilinin sürücüsü, 1938-ci il təvəllüdlü Məmmədov Hidayət Xəlil oğlu həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib. 2011-ci il təvəllüdlü Məmmədova Zeynəb Ruslan qızının dalağı partladığından təcili olaraq əməliyyata alınıb.
42-BA-422 dövlət nişanlı "Mercedes" markalı avtomaşının sürücüsü, Xolməli kənd sakini Hüseynov Fail Xudaverdi oğlu isə qəza nəticəsində xəsarət almayıb.