Bir qrup naməlum şəxs Düşənbədə milis postuna hücum edib. Baki-xeber.com-un xəbərinə görə, RİA "Novosti”yə Tacikistan Daxili İşlər Nazirliyindən bildiriblər. "Yerli vaxtla təxminən saat 17:50 radələrində naməlum silahlı qrup Düşənbənin Vəhdət şəhəri istiqamətində çıxışındapolis postunu atəşə tutub”- deyə nazirlik rəsmisi bildirib.
Postdakı bütün milis işçilərinin həlak olduğu deyilsə də, onların sayı dəqiqləşdirilmir.