İspan polisi bu gün "İslam dövləti” qruplaşmasına qoşulmaq üçün Suriyaya getmək niyyətində olan, eyni zamanda radikal baxışlar təbliğ edən 18 yaşlı mərakeşli qızı həbs edib. Baki-xeber.com RİA "Novosti”yə istinadla xəbər verir ki, bu barədə NewsAsia telekanalı xəbər yayıb. "Həbs Valensiya yaxınlığında Qandiya bələdiyyəsində mərakeşli qız Suriya səfərinə son hazırlıqlarını tamamlayarkən həyata keçirilib”- deyə telekanal yerli polisin açıqlamasını yayıb. Mərakeşli qız həm də sosial şəbəkələr üzərindən qadınları İŞİD sıralarına cəlb etməkdə şübhəli bilinir. Qeyd olunur ki, o, internetdə cihadçılığı təbliğ edib, terrorr aktları və edamları dəstək xarakterli videolar yayıb.
Ümumiyyətlə isə bildirilir ki, təkcə avqust ayının axırlarında Madriddə 14 nəfər İŞİD təəssübkeşi tutulub.