Bu gün saat 02:00 radələrində Yasamal rayonu Yeni Dairəvi yolda müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Mehman Qədimovun idarə etdiyi "Suzuki” markalı motosiklet toqquşub. Bu barədə baki-xeber.com Daxili İşlər Nazirliyinin saytına istinadla xəbər verir. Nəticədə M.Qədimov hadisə yerində ölüb.
Faktla bağlı Yasamal RPİ-də əməliyyat-axtarış tədbirləri aparılır.