Bu gün PKK silahlıları Şəmdinlinin 20 kilometrliyində Yufkalı kəndinin yolunu bağlayaraq Buradan keçən bir avtomobil və treyleri saxlayıb. Onlar sürücüləri aşağı endirərək maşınları atəşə tutublar.Bu zaman öz pikapı ilə əraziyə yaxınlaşan sahibkar Clal İnan terrorçuları görərək geri dönməyə cəhd edib. Terrorçular uzunlüləli silahlarla onun ardınca atəş açıb. Nəticədə Cəlal İnan həlak olub, onunla birgə avtomobildə olan keçmiş icra nümayəndəsi Muhsin Kaya isə xəsarət almayıb.
Terrorçuların tutulması istiqaməində ərazidə əməliyyat başlayıb.