Fransa hökuməti "İslam dövləti” terrorçu təşkilatına qarşı koalisiyaya qoşularaq Suriyada İŞİD mövqelərinə aviazərbələr endirmək imkanlarını götür-qoy edir. Baki-xeber.com-un kommersanta istinadən xəbərinə görə, bu barədə Le Monde qəzeti öz mənbələrinə istinadla yazır. Qəzet yazır ki, İŞİD mövqelərini bombalamaq qərarı artıq miqrant problemi böhranı yaşayan Parisdə verilə bilər. Xəbərdə o da bildirilir ki, hələlik prezident Ollandın ətrafı bu məsələni şərh etmir.
Hazırda Fransa HHQ İraqda İŞİD mövqelərinə aviazərbələr endirir, lakin Suriyada ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyasının əməliyyatlarında iştirak etmir.