Bazar günü günü, 21 iyun 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Parisin mərkəzinə "köçürülən Azərbaycan"...
Tarix: 05.09.2015 / 03:33
Bölmə: Gündəm
Mehriban Əliyeva Parisin 1-ci rayonunun meri ilə görüşdü, şəhərcikdə və sərgidə oldu
Sentyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare ilə görüşüb. "Trend"in AZƏRTAC-a istinadən verdiyi məlumata görə, görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub, son illərdə Fransa paytaxtında Azərbaycanla bağlı mədəniyyət tədbirlərinin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xəttilə Parisdə təşkil olunan mədəniyyət tədbirlərinin Fransa ictimaiyyəti tərəfindən yüksək səviyyədə qarşılandığı diqqətə çatdırılıb, bu layihələrin gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olunub.
Görüşdə qarşılıqlı əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonra Mehriban Əliyevaya meriyanın binasının tarixi və memarlıq quruluşu barədə məlumat verilib. Bildirilib ki, 1-ci rayonunun meriyası Parisin mərkəzində yerləşir və Fransa memarlığının nadir inciləri sırasındadır.
Sentyabrın 3-də Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin "Azərbaycan tolerantlıq ölkəsi" adlı fotosərgisi açılıb.
"Trend"in AZƏRTAC-a istinadən verdiyi məlumata görə, daha sonra Parisin Pale Royal meydanında Heydər Əliyev Fondunun təşkil etdiyi "Azərbaycan şəhərciyi"nin rəsmi açılışı olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirlərdə iştirak edib.
Parisin 1-ci rayonunun meriyasının binasında açılan "Azərbaycan tolerantlıq ölkəsi" fotosərgisi artıq bir neçə gündür ki, Fransa ictimaiyyətinin, Paris sənətsevərlərinin, xüsusilə nüfuzlu media orqanlarının diqqət mərkəzindədir. Bunu sərginin rəsmi açılış mərasiminə gələn qonaqların çoxluğundan da aydın görmək olurdu.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə birlikdə Fransanın tanınmış ictimai və mədəniyyət xadimlərinin bu tədbirə qatılması bir daha Reza Deqatinin sənətinə və onun mövzularına olan maraqdan qaynaqlanırdı.
Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare Reza Deqatinin fotolarının həmişə sənətsevərləri təəccübləndirdiyini bildirib. Qeyd edib ki, bu sərgi olduqca mühüm mövzuya - tolerantlıq mövzusuna həsr edilib. O, sərginin təşkilinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu tədbirin ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın hər zaman mədəniyyətlə bağlı tədbirlərə öz dəstəyini verdiyini söylədi. Reza Diqətinin budəfəki fotolarının Azərbaycanda tolerantlıq mühitini aydın şəkildə əks etdirdiyini deyən Elçin Əmirbəyov bildirib ki, Azərbaycan sivilizasiyaların qovuşduğu məkanda yerləşir və bu sərgi ölkəmizdəki dinlərarası münasibətləri mükəmməl şəkildə göstərə bilir.
Dünya şöhrətli fotoqraf Reza Deqati tədbirə gəldiyinə görə Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Qeyd etdi ki, hazırki mürəkkəb dünyada müxtəlif dinlərin və xalqların mehriban şəraitdə yaşadığı bir məkan var - bu, Azərbaycandır.
Tədbirin təşkilatçısı xanım Karla Areqoni sərginin yüksək səviyyədə keçirilməsi üçün verdikləri dəstəyə görə Azərbaycanın birinci xanımına və əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Sərgidə məşhur fotoqraf Reza Deqatinin müxtəlif illərdə çəkdiyi fotolar nümayiş etdirilir. Bu fotolar izləyiciləri Azərbaycanda yaşayan müxtəlif millətlər və dinlərə mənsub xalqların həyat tərzi, adət-ənənələri ilə tanış edir. Tanınmış fotoqrafın sərgidəki işləri Azərbaycanda müxtəlif dini icmaların bir-birinə hörmət və ehtiram şəraitində yaşadığının tərənnümünə çevrilib. Fotolarda Azərbaycanın təbiətini, qədim adət-ənənələrini, sadə insanların gündəlik həyatını görmək mümkündür. Bu fotolar həm tarixi məkanlarımızı, Azərbaycanın müxtəlif bölgələrindəki həyat tərzini, həm də bu qədim tarixə sahib ölkəmizin müasirliyini izləyicilərin diqqətinə çatdırır.
Birinci xanım Mehriban Əliyeva Reza Deqatinin Azərbaycana həsr olunmuş kitablarından danışıb, bu kitabların ölkəmizin tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.
Bu gün dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoq platformasının aparıcı qüvvəsi olan Azərbaycandakı tolerantlıq mühitini ustalıqla tamaşaçılara çatdıran Reza Deqatinin bu sərgisi də Paris sənətsevərləri tərəfindən böyük maraqla qarşılanıb. Onu da deyək ki, tanınmış fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. Reza Deqatinin "Talelərin qovuşması", "Müharibə+Sülh", "Ümid", "Qəlbin pəncərəsi" kimi layihələri dünyada məşhurdur. O, ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin üzvü, bir çox nüfuzlu universitetlərin fəxri doktoru, Fransa Respublikasının "Xidmətlərə görə" ordeninin laureatıdır.
***
Daha sonra milyonlarla ziyarətçisi olan Luvr muzeyinin qarşısındakı məşhur "Pale Royal" meydanında "Azərbaycan şəhərciyi"nin rəsmi açılışı olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da açılış mərasimində iştirak etdiyi "Azərbaycan şəhərciyi" Parisdə artıq ikinci dəfədir fəaliyyətə başlayır. Şəhərciyin təşkilində əsas məqsəd Azərbaycanın xaricdə daha yaxşı tanıdılmasını, Fransada və onun paytaxtında bununla bağlı təbliğat xarakterli tədbirlərin davamlılığını təmin etməkdir.
Tədbirin aparıcısı ölkəmiz və onun zəngin mədəniyyəti haqqında qonaqlara ətraflı məlumat verib. O bu il tarixdə ilk dəfə keçirilən birinci Avropa Oyunlarının Bakıda yüksək səviyyədə baş tutduğunu bildirib, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu tədbirdə iştirakından məmnunluğunu ifadə edib.
Mərasimdə çıxış edən Mehriban Əliyeva bildirib ki, həm Paris sakinləri, həm də bu şəhərə gələn turistlər Azərbaycan şəhərciyində ölkəmiz haqqında dolğun məlumat ala biləcək.
Bu şəhərciyin hazırlanmasında və layihənin həyata keçirilməsində əməyi olanlara minnətdarlığını bildirən Mehriban Əliyeva son illərdə təkcə Parisdə deyil, Fransanın digər şəhərlərində də Azərbaycanın mədəniyyət tədbirlərinin keçirildiyini və bunun böyük maraqla qarşılandığını vurğulayıb. Azərbaycanın Fransa ilə ikitərəfli münasibətlərə böyük önəm verdiyini qeyd edən Mehriban Əliyeva son illər bu münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkələrimizin bütün sahələrdə uğurlu əməkdaşlıq qurduğunu və bu əlaqələrin genişləndiyini bildirib. Diqqətə çatdırıb ki, xalqların, insanların daha yaxın olmasında mədəniyyət tədbirləri böyük əhəmiyyət daşıyır və Fransa-Azərbaycan münasibətləri bu sahədə son illər tamamilə yeni səviyyəyə qaldırılıb. Mütəmadi olaraq Fransada Azərbaycan mədəniyyət günləri keçirilir, bu gün Fransanın ali məktəblərində Azərbaycan dili, tarixi, mədəniyyəti tədris olunur. Bakıda fransız liseyi fəaliyyət göstərir, Azərbaycan-Fransa universitetinin yaradılmasına dair niyyət məktubu imzalanıb, 3 ildir ki, Kann şəhərində Azərbaycanın mədəniyyət günləri keçirilir və bu, gözəl ənənəyə çevrilib.
Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bildirib ki, Fransa paytaxtının mərkəzində, Luvr muzeyinin qarşısında belə yüksək səviyyəli tədbirin təşkili Azərbaycana marağı daha da artırır. Heydər Əliyev Fondunun bu işdəki fəaliyyətini yüksək qiymətləndirən Jan Fransua Löqare bu cür tədbirlərin ölkələrimiz arasında mədəni mübadilənin daha da genişləndirilməsində mühüm rol oynadığını deyib.
Fransada Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan Fransua Mansel Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Heydər Əliyev Fondu tərəfindən bu cür yüksək səviyyəli tədbirin təşkilinə görə təbrik edib. O, ölkəmizdə birinci Avropa Oyunlarının uğurla keçdiyini və bu idman tədbirinin Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb. Jan Fransua Mansel Prezident İlham Əliyevin və Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Avropanın həyatında mühüm hadisə olan bu idman bayramını keçirməklə böyük uğura imza atdıqlarını diqqətə çatdırıb.
Şəhərciklə tanışlıq zamanı qonaqlar Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışına baxıblar.
"Azərbaycan şəhərciyi"ndə bu dəfə də ölkəmizin tarixi, mədəniyyəti, xalq sənətkarlığı, adət-ənənələri, milli mətbəxi təqdim olunur. "Azərbaycan Parisin ürəyində" adlanan şəhərcik özünəməxsus dizaynda qala divarlarının əhatəsində təşkil olunub. Burada yaradılan bölmələrin hər biri ölkəmizi hərtərəfli tanımağa, xalqların bir-birinə daha da yaxınlaşmasına geniş imkanlar açır. Şəhərcikdə Azərbaycanın xalçaçılıq, dulusçuluq və digər sənətkarlıq məmulatlarının, milli geyim və musiqi alətlərimizin geniş şəbəkəsi yer alıb. Qonaqlar bu sənət nümunələrinin yaradılma prosesini isə buradakı "Emalatxana" bölməsində yaxından izləyə bildilər. Ölkəmizi təmsil edən sənətkarlar mis qab, şəbəkə, xalça və digər sənət nümunələri hazırlayaraq Azərbaycanın qədim və zəngin sənətkarlıq ənənələrini, onların incəliklərini qonaqlara təqdim ediblər.
Şəhərcikdə, həmçinin, Fransada yaşayan məşhur azərbaycanlı və ölkəmizdə yaşayan fransızların əsərlərindən ibarət fotosərgi təşkil olunub. "Azərbaycanlılar və fransızlar: tanışlıq tarixi" adlı bu sərgi ölkələrimizin və xalqlarımızın həyatını tərənnüm edir.
"Azərbaycan şəhərciyi"ndə milli mətbəximizi tərənnüm edən köşklər də qurulub. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən müxtəlif yerli şirkətlərə aid köşklərdə milli şirniyyatlar, içkilər, xalq sənətkarlıq nümunələri təqdim olunur. Şəhərciyin qonaqları üçün, həmçinin, milli mətbəximizin ləziz xörəkləri hazırlanır. Şəhərcikdə Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrləri də təqdim edilir.
"Azərbaycan şəhərciyi"ndə quraşdırılmış səhnədə konsert proqramları da təşkil edilir.
Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən "Azərbaycan şəhərciyi" Parisdə ilk dəfə 2014-cü ildə sentyabrın 19-dan 28-dək San Sülpis meydanında təşkil edilmişdi. İzləyicilərin maraqla qarşıladıqları bu layihə Azərbaycan ilə əlaqələrin genişlənməsinə böyük imkanlar yaratmışdı. Bu maraqdan irəli gələrək Heydər Əliyev Fondu Parisin daha bir məşhur meydanında - Pale Royalda ölkəmizin tarixini, milli-mənəvi dəyərlərini, turizm imkanlarını tərənnüm edən növbəti belə bir şəhərcik təşkil edib. Qeyd edək ki, "Azərbaycan şəhərciyi" sentyabrın 9-dək fəaliyyət göstərəcək.
***
Daha sonra tarzən Şəhriyar İmanovun rəhbərliyi ilə Azərbaycanın etno-caz musiqisi təqdim olunub. Qonaqlara xoş anlar yaşadan bu musiqi ölkəmizdə çox dərin caz ənənələrinin olduğunu bir daha nümayiş etdirdi. Səbəblərdən biri isə odur ki, Azərbaycanın musiqi mədəniyyətinin əsasında bütövlükdə improvizasiya durur. Bu bizi caza daha da yaxınlaşdırır. Azərbaycan Vaqif Mustafazadə, Rafiq Babayev kimi caz ifaçıları ilə fəxr edə bilər. Azərbaycan cazının əsasında milyonlarla azərbaycanlının daxilindən gələn müstəqillik və, eyni zamanda, milli ab-havanın birləşməsi ilə yaradılan fərqli və orijinal bir caz dayanır. Bu, Azərbaycan cazının əfsanəsi adlandırılan Vaqif Mustafazadənin muğamdakı improvizasiyalara caz elementlərinin qarışığı ilə təqdim etdiyi yeni mükəmməl tandem - caz-muğam üslubudur.
Beləliklə, Azərbaycan Fransa tamaşaçılarının qarşısına fərqli ovqat bəxş edən çılğın caz kompozisiyaları ilə çıxdı.
DİGƏR XƏBƏRLƏR
Tarix: 20.06.2026 / 08:02
Kılıçdaroğlu canlı yayımda təqdimatına etiraz etdi, studiyada gərginlik yaşandı
Tarix: 19.06.2026 / 18:01
Kılıçdaroğlu Dəniz Baykala qarşı intim video komplosu ilə necə CHP başqanı oldu? –
Vikiliks açır...
Tarix: 19.06.2026 / 11:24
Özəl yeni partiya yaratmaq istəmədiyini dedi -
amma qurultay tələbi keçməzsə...
Tarix: 19.06.2026 / 08:45
Sənətçi etiraz etdi -
“Xəbərim yoxdu…”
Tarix: 18.06.2026 / 14:23
Kılıçdaroğlu öz oğlunun da dəstəyini ala bilmir...
Tarix: 17.06.2026 / 22:11
Tramp İran məsələsində “günah keçisi”ni tapdı -
Vens “gedəcək”…
Tarix: 16.06.2026 / 18:39
Cənubi Koreya millisi medianı boykot qərarı verdi -
Dünya Kuboku bitənə kimi…
Tarix: 16.06.2026 / 17:47
Köçəryanın ölkədən çıxışına imkan verilmədi, hava limanında sənəd yoxlanışı görüntüləri mediaya sız(dırıl)dı
Tarix: 16.06.2026 / 06:15
ABŞ-nin Ermənistana marağının uzun bir tarixi varmış -
ekspert sonu TRİPP-ə bağladı
Tarix: 09.06.2026 / 12:34
Özgür Özelin təklifi Kılıçdaroğlunu çaşdırdı...
Tarix: 09.06.2026 / 12:10
Özgür Özəlin Ərdoğana cavabı bütün Türkiyənin gündəminə çevrildi...
Tarix: 09.06.2026 / 07:02
Köçəryan seçkinin nəticələrinə inanmır -
etirazlar gündəmdə…
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 18.06.2026 / 17:57
Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...
Tarix: 18.06.2026 / 15:31
"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...
Tarix: 18.06.2026 / 11:35
Tramp dünyanı yenə heyrətləndirdi...
SON XƏBƏRLƏR
21.06.2026 / 07:42
İrandan Vaşinqtona yeni təhdid -
“Yaxın Şərqdə enerji axını dayandırılacaq”
21.06.2026 / 07:20
AB Türkiyədən Rusiya qazından imtina tələb etdi
21.06.2026 / 06:12
Britaniya baş nazirinin istefa verəcəyi xəbəri yayıldı
21.06.2026 / 05:56
Meloninin Trampa cavabı sərt oldu -
“Sizin işiniz deyil…”
21.06.2026 / 05:40
Tramp Ukraynanı bu dəfə qadınlar prizmasından dəyərləndirdi -
“…onlar istisnadır”…
20.06.2026 / 22:43
"Dünyadakı milyonlarla qaçqın və məcburi köçkünlə həmrəy olduğumuzu bildiririk"
- Azərbaycan XİN
20.06.2026 / 22:16
Zelenski "Ağ Qartal"ı poçtla Varşavaya göndərdi, Kuçma və Yuşşenko da ordendən imtina etdi
– “UPA gərginliyi” artır...
20.06.2026 / 21:29
İki lider İrana görə üz-üzə gəldi
- Tramp yenə Melonini hədəf aldı, baş nazirin də cavabı gecikmədi...
20.06.2026 / 20:56
ŞOK...
Bakıda gecə klubunda turistə 1270 manat "şot" gəldi...
20.06.2026 / 20:22
İran və ABŞ-dan Hörmüzlə bağlı ziddiyyətli açıqlama
– SEPAH gəmilərə xəbərdarlıq etdi...
20.06.2026 / 19:06
Sabah Azərbaycandan Ermənistana 17 vaqon dizel göndəriləcək
20.06.2026 / 18:46
Tarixi “UPA mübahisəsi” Polşa ilə Ukrayna arasında ipləri qopardı
– Varşava Kiyevin Aİ-yə üzvlüyünü bloklayacaq...
20.06.2026 / 18:10
Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub
20.06.2026 / 18:06
İran Hörmüzü yenidən bağlayır…
20.06.2026 / 17:56
Avropada Rusiya ilə Ukrayna danışıqlarına hazırlıqlar başladı
- E5 formatı yaradılır...
20.06.2026 / 17:42
Aİ sammitindəki şam yeməyində Rusiya-Ukrayna danışıqları günün mövzusuna çevrilib -
Moskva maraqlı görünmür…
20.06.2026 / 17:19
AB-nin 21-ci anti-Rusiya sanksiya paketi Vahid Ələkbərova görə dalana dirəndi...
20.06.2026 / 16:50
DİN-in Hərbi İnstitutunda buraxılışa həsr olunmuş mərasim keçirildi
- FOTO
20.06.2026 / 16:11
Zelenski Lukaşenkoya ultimatum verdi
- bir həftə vaxtınız var, əks halda...
20.06.2026 / 15:37
Məhkəmə hakimi anasının yas mərasimini Heydər məscidində verəcək
20.06.2026 / 15:18
Brüsseldən İrəvana "təcili" yardım
- Aİ Rusiyanın təzyiqinə qarşı kisənin ağzını açdı...
20.06.2026 / 15:02
Romanın “Casa del Cinema” mərkəzində “Tağıyev: Neft” filminin premyerası keçirilib
20.06.2026 / 14:44
"Şişirdilmiş başlıqlar cəmiyyətdə süni ajiotaj yaratmaq cəhdi kimi qəbuledilməzdir"
- MEDİA
20.06.2026 / 14:28
Özünü prokurorluq əməkdaşı kimi təqdim edən dələduz tutuldu...
20.06.2026 / 14:03
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 7 vaqon buğda göndərdi
20.06.2026 / 13:47
Tramp xüsusi nümayəndəsini İranla danışıqlar üçün İsveçrəyə göndərdi...
20.06.2026 / 13:09
Qərbi Azərbaycanda milli-mədəni irsin məhv edilməsi və saxtalaşdırılması faktları araşdırılıb
20.06.2026 / 12:14
Dünya Çempionatını izləmənin ən cazibədar ünvanı -
Antiphellos Teatrı…
20.06.2026 / 12:01
Kitabxana işçiləri ilə attestasiya prosesi üzrə ilk məlumatlandırıcı görüş keçirilib
20.06.2026 / 11:59
“Bizim Maqsud müəllim” tamaşası nümayiş olub
20.06.2026 / 11:56
Tramp Süleymaninin öldürülməsinin səbəbini açıqladı
20.06.2026 / 11:54
ABŞ-İran danışıqları: Uitkoff İsveçrəyə səfər edəcək
20.06.2026 / 11:23
Kılıçdaroğlu “Dəmirtaşın həbsinə səs verdiyimə peşman deyiləm” dedi -
cavab sərt oldu…
20.06.2026 / 10:43
ABŞ kəşfiyyatından Trampa Netanyahu xəbərdarlığı
– bu ehtimal çox yüksəkdir...
20.06.2026 / 10:19
ABŞ Prezidentindən şok İsrail açıqlaması -
“…mən nə deyirəmsə onu edirlər”
20.06.2026 / 10:13
Reuters: “Sanksiyaların ləğvi ilə SEPAH-ın biznes imperiyası böyük qazanc əldə edəcək”
20.06.2026 / 10:10
Tramp: “İran razılaşmasa, onları xoşbəxt etməyəcək addımlar atacağıq”
20.06.2026 / 09:58
Tramp Xameneyinin yaralanmasına görə təəssüfləndiyini dedi...
20.06.2026 / 09:20
DYP həftəsonu ilə bağlı sürücülərə müraciət etdi
20.06.2026 / 08:02
Kılıçdaroğlu canlı yayımda təqdimatına etiraz etdi, studiyada gərginlik yaşandı
20.06.2026 / 07:47
“Başladığımız yerə döndük” -
Barak Obama
20.06.2026 / 07:35
Ukrayna XİN rəhbəri Polşa Komandir Xaçından imtina etdi -
Gərginlik artır…
20.06.2026 / 07:13
Kuba rəhbərini də Maduronun aqibəti gözləyir? -
Heqset mümkün sayır…
20.06.2026 / 07:03
Polşa Prezidenti Zelenskini ən yüksək dövlət mükafatından məhrum etdi -
Tuskun reaksiyası gündəmdə…
19.06.2026 / 23:12
İran ABŞ-ı açıq təhdid etdi
- bu dəfə daha sərt şillə yeyəcəklər...
19.06.2026 / 22:50
Vətənə tuşlanan düşmən gülləsinə sinəsini sipər etdi
– Elvin Şahmarlı
19.06.2026 / 22:37
İlham Əliyev 3 super dövlətin birgə keçmiş siyasətini cəsarətlə ifşa etdi...
19.06.2026 / 22:15
AB edamlara görə İranı tənqid etdi
19.06.2026 / 21:54
Bir gündə onlarla gəmi: Hörmüz boğazında canlanma müşahidə olunub
19.06.2026 / 21:30
Azərbaycanın üstündən daşınan yük 15-dən 30 milyon tona çatdırılacaq...
19.06.2026 / 21:06
Qarabağ münaqişəsinin bu qədər uzanmasının unikal səbəbi...
dünya eşitdi...
19.06.2026 / 20:47
Azərbaycanın Ermənistanla siyasətinin 2 əsas prinsipi bəyan edildi
- “unutmayacağıq” və “yenidən qisas almayacağıq”...
19.06.2026 / 20:32
Çingiz Əsgərov Avropa Məhkəməsinin anti-Azərbaycan qərarlarını tutarlı arqumentlərlə alt-üst etdi...
19.06.2026 / 20:15
Rüstəm Minnixanov Prezident İlham Əliyevə məktub ünvanlayıb
19.06.2026 / 20:10
Trampın "mənə yalvardı" iddiaları Melonini qəzəbləndirdi
– XİN başçısı ABŞ səfərini ləğv etdi
19.06.2026 / 19:51
Azərbaycan-Ermənistan sərhədində zəlzələ...
19.06.2026 / 19:38
Xamenei ABŞ-la razılaşmanı bir ŞƏXSİN xahişindən sonra qəbul etdi...
19.06.2026 / 19:17
Rusiya ABŞ və Fransa kimi düşmənlərin Ermənistanda hərbi təliminə susdu...
19.06.2026 / 19:03
Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət etdi
19.06.2026 / 18:49
İslam İnkişaf Bankı Qrupunun toplantıları çərçivəsində 32 saziş imzalandı..
19.06.2026 / 18:36
Hörmüzün açılması neftin qiymətinə və dolların nüfuzuna maraqlı təsir göstərdi...
19.06.2026 / 18:15
Abituriyentlərin 40 faizə yaxını imtahanlarında 200-dən az bal toplayıb...
19.06.2026 / 18:01
Kılıçdaroğlu Dəniz Baykala qarşı intim video komplosu ilə necə CHP başqanı oldu? –
Vikiliks açır...
19.06.2026 / 17:46
Ceyhun Bayramov Almaniya səfiri Horlemannı qəbul edib
19.06.2026 / 17:36
Paşinyan 7 iyun seçkidən sonra Avrasiya İqtisadi Birliyinə münasibətini dəyişir...
19.06.2026 / 17:32
Ermənistan kömək üçün Avropanın qapısında rəsmi "əl açıb"...
19.06.2026 / 17:23
“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib
19.06.2026 / 17:23
Ermənistanda müxaliflərin kütləvi həbs mərhələsi başladı...
19.06.2026 / 17:16
Dünyada gübrə bahalaşır, amma ölkəmizin gübrə gəliri azalır...
Niyə?
19.06.2026 / 17:11
Trampın “daha yaxşı” dediyi İran razılaşmasının Obama sazişindən ciddi fərqi yox imiş ki...
19.06.2026 / 17:03
Moskvada azərbaycanlı biznesmenlərin bazarını Ukrayna vurmadı
-iddia...
19.06.2026 / 16:50
Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu
19.06.2026 / 16:31
Süni intellektin yayılması Azərbaycan ombudsmanı qarşısında tələblər qoydu...
19.06.2026 / 16:05
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı -
FOTO
19.06.2026 / 15:47
Netanyahu yenə meydan oxudu -
“İsrail qoşunları Livandan çıxmayacaq…”
19.06.2026 / 15:41
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi...
- FOTO
19.06.2026 / 15:34
Lavrov NATO-Rusiya danışıqlarını aldadıcı taktika adlandırdı -
“…diplomatik örtükdür”…
19.06.2026 / 15:07
Daha 80 nəfər Xankəndi və Ağdərəyə köçdü...
19.06.2026 / 14:59
NATO və ABŞ şübhəli şəkildə razılaşdılar -
3.0 konsepsiyası...
19.06.2026 / 14:48
Bəzi sahibkarlara elektrik qoşulması üçün dövlət dəstəyi veriləcək
19.06.2026 / 14:46
Məktəbəqədər təhsildə yeni model tətbiq ediləcək
- Prezident fərman imzaladı...
Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...
Populyar xəbərlər
Tarix: 04.06.2026 / 11:59
Ləyaqətli məmur, bacarıqlı rəhbər...
Tarix: 23.05.2026 / 18:36
Azərbaycanlı rejissor Saida Haqverdiyeva Türkiyədə “Gümüş Karyera” beynəlxalq mükafatına layiq görülüb
Tarix: 16.06.2026 / 18:39
Cənubi Koreya millisi medianı boykot qərarı verdi -
Dünya Kuboku bitənə kimi…
Tarix: 23.05.2026 / 10:58
Galt & Taggart:Bakı–Tbilisi dəmir yolunun yenidən açılması 2026-cı ildə turizmə müsbət təsir göstərəcək
Tarix: 13.06.2026 / 19:08
Mingəçevir Dövlət Universiteti Beynəlxalq RUR reytinqində: İlk iştirakdan uğurlu nəticə
XƏBƏR ARXİVİ