ABŞ prezidentliyinə ən şanslı namizədlərdən sayılan Donald Tramp bu günlərd qəribə bir addım atıb. Amerika telekanalı CBS-in xəbərinə görə, milyarder Russia Today (RT) mediakompaniyasına "senator Con Makkeyn və digər idiotların simasında amerikan pisliyinə qarşı mübarizə aparmaq üçün” 5.000 000 dollar pul ayırıb. "Mən bu pulu "Russia Today”-ə hədiyyə etdim ki, Con Makkeyn kimi idiotlar "dəhşətli Rusiya” haqqında amerikan nağılları uydurmağa cəhd etməsinlər. Con Makkeyn kimi Birləşmiş Ştatları uçuruma aparanların hər bir bəyanatına bütün dünyanın maraqları kontekstindən cavab verəcəyəm. Bizə nə Rusiya ilə, nə də Çinlə ölkəmizi məhvə sürükləyəcək konfrontasiya lazımdır. "Russia Today” mənə bu mövzuda yardım edəcək”- deyə Donald Tramp CBS telekanalının müxbirinə bildirib.
Telekanal bildirir ki, "Russia Today”-dən məsələni şərh etməkdən imtina ediblər.
Baki-xeber.com