"Vice News” Britaniya telekanalının jurnalistləri Ceyk Xanraxan və Filip Pendlberi Türkiyədən deportasiya ediləcək. Bu barədə baki-xeber.com "Hürriyet» qəzetinə istinadən xəbər verir. Yerli əhalinin komendant saatına etiraz aksiyasını lentə alan telekanal əməkdaşları Kürd Fəhlə Partiyası ilə əlaqədə şübhəli bilinir. Həftənin ikinci günü Diyarbəkir məhkəməsi hər iki jurnalisti terrorizmə dəstək verməkdə ittiham etmişdi, lakin 2 gün sonra onlar sərbəst buraxılıb. Bundan sonra onlar tibbi baxışdan keçmək üçün Adana xəstəxanasına, oradan isə deportasiya edilmək məqsədilə miqrasiya iadarəsinə aparılıb. Jurnalistlərlə birlikdə tutulan onların tərcqməçisi, İraq vətəndaşı Məhəmməd İsmayıl Rəsul isə hələ də nəzarətdə saxlanır.