Hakkarinin Şəmdinli rayonunda terrorçu dəstə bu gün axşam saatlarında üç ayrı nöqtədən Polis İdarəsini atəşə tutub. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən bildirir. Ölən və yaralananların da olduğu atışmada yaxınlıqdakı bi rev də bomba düşməsi nəticəsində dağılıb. 30 dəqiqəlik atışmanın ardından bölgədə terrorçuların tutulması istiqamətində əməliyyat başlayıb.
Eyni zamanda Şəmdinli yolunda da olay yaşanıb. Belə ki, Şəmdinli yolunu bağlayan terrorçular yoldan keçən bir yük avtomobilini atəşə tutub. Daha sonar sürücünü aşağı endirərək avtomobili yandırıblar.