APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, bu gün saat 21:30 radələrində Şirvan şəhərində, Heydər Əliyev prospektində VAZ 21011 markalı 24 BC 833 nömrəli avtomobil 2 piyadanı vurub. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan Şirvan sakini, 2004-cü il təvəllüdlü Dədəyev Rövşən Zaur oğlu və 1964-cü il təvəllüdlü Türkiyə vətəndaşı Abdulla Əkər xəstəxanaya çatdırılarkən yolda ölüblər. Sürücü, 1964-cü il təvəllüdlü Qayıbalıyev Nazir Lazım oğlu hadisə yerindən qaçıb.
Agentliyin Mil-Muğan bürosunun verdiyi məlumata görə, Şirvan şəhərində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla 2 piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü Qayıbalıyev Nazir Lazım müəyyən edilərək məsuliyyətə cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.