Bu gün Şəkidə iki nəfər göldə batıb. Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə gərə, Şəki şəhərindəki süni göldə iki nəfərin batması ilə bağlı cəbər daxil olub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Batan şəxslərin cəsədləri batdığı yerdən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Bunlar 1995-ci il təvəllüdlü Zəkəriyayev Sadiq Kamran oğlu və 1995-ci il təvəllüdlü Əhmədov Röyal Etibar oğludur.
Baki-xeber.com