Son əldə olunan xəbərlərə görə, Düşənbədə quldur hücumları nəticəsində həlak olanların sayı 40-ı keçib. Baki-xeber.com-un RİA"Novosti"dən əldə etdiyi xəbərdə bildirilir ki, hüquq-mühafizə orqanları 33 nəfər itki verib, qarşı tərəfdən isə 9 nəfər silahlı məhv edilib. Tacikistan DİN-in məlumatına görə, silahlı hücumlara Müdafiə nazirinin keçmiş müavini Abdulxalim Nazorzoda başçılıq edir. Xəbərdə o da bildirilir ki, o, ötən cümə günü Prezident tərəfindən "cinayət törətdiyinə görə” işdən azad olunub.