Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya gücləri Yəməndəki Ənsarullah hərəkatının nəzarətində olan Ədliyyə nazirliyini hədəfə alıb. Bu barədə baki-xeber.com Habertürkə istinadın xəbər verir. Xəbərdə koalisiya güclərinin nazirlik binasını havadan bombaladığı bildirilir. Şahidlərin sözlərinə görə, koalisiya gücləri Sənada husilərə aid 16 nöqtəni bombalayıb. Bu sırada Ənsarullah hərəkatının nəzarətindəki Ədliyyə nazirliyinin binası da 4 hava zərbəsinə məruz qalıb.