Misir milyarderi Naqib Saviris miqrantları yerləşdirmək üçün ada alınmasını təklif edib. Bu barədə baki-xeber.com The Daily Mail-ə istinadən bildirir. Misirin xristian milyarderi bu məqsədlə Aralıq dənizində İtaliya və ya Yunanıstana məxsus adalardan birini almağı təklif edib. Bu alış-veriş üçün o özü 100 milyon dollar verməyə hazır olduğunu da bildirib. Savirisin təklifinə görə, bu adada Yaxın Şərqdən və Şimali Afrikadan olan miqrantlar üçün dövlət qurmaq mümkündür. Bu halda o, yeni iş yerlərilə də bağlı köməyini əsirgəməyəcəyini açıqlayıb.