Tacikistan Daxili İşlər Nazirliyi bəyan edib ki, dəqiqləşdirilmiş məlumata görə, quldur dəstələrinin polis şöbələrinə hücumları nəticəsində 17 nəfər hərbçi həlak olub. Bu barədə baki-xeber.com RİA”Novosti”yə istinadən bildirir. Daha əvvəl xəbər verilmişdi ki, Düşənbədə polis şöbələrinə hücumlara Tacikistan Müdafiə Nazirliyi Səfərbərlik İdarəsinin keçmiş rəisi cunaydullo Umarov başçılıq edir.
Xatırladaq ki, ilk İnsident bu səhər Düşənbənin aeroport rayonunda baş vermişdi. Belə ki, cinayətkar qrupla asayiş keşikçiləri arasında atışma çıxmış, nəticədə 2 OMON-çu və 1 yol polisi müfəttişi həlak olmuş, digəri ağır güllə yarası almışdı.