ABŞ hökuməti diplomat və hərbçilərinin ailələrini Türkiyəni tərk etməyə çağırıb. Bu barədə bakı-xeber.com RİA "Novosti”yə istinadən bildirir. Xəbərdə Türkiyənin ABŞ Konsulluğunu yerləşdiyi Adana şəhəri yaxınlığında, "İncirlik” hərbi bazasında 900 nəfərə yaxın vətəndaşının olduğu bildirilir. Pentaqon "İslam dövləti” terrorçu təşkilatı ilə kəskinləşən mübarizə fonunda ölkə vətəndaşlarının bu ölkəni təcili tərk etməsinə çağırıb.
Xəbərdə o da deyilir ki, çağırış hansısa insidentin nəticəsi deyil, təhlükəsizlik məqsədi daşıyır və Konsulluq Adanada öz işini davam etdirəcək.