Azərbaycan Ordusunun əsgəri silahla davranış qaydalarının pozulması nəticəsində həlak olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Trend”ə bildiriblər ki, Zərdab rayonundan hərbi xidmətə çağırılmış əsgər Samir Dadaş oğlu Orucov sentyabrın 3-də silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb. Yaralı əsgərə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, o, hərbi tibb müəssisəsinə aparılarkən yolda keçinib.
Hadisə ilə bağlı cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.