Bərdə bazarında ölüm hadisəsi qeydə alınıb. "Report" xəbər verir ki, hadisə rayonun Əhmədli kəndində baş verib. Ağcabədi rayonunun Avşar kənd sakini 42 yaşlı Şükürov Əlizamin Yaşar oğlu bazarda dünyasın dəyişib. Bazara satmağ üçün iribuynuzlu mal-qara gətirən Ə.Şükürovun kafedə ürəyi dayanıb.
Qeyd edək ki, Ə.Şükürov bir neçə vaxtdır ürək xəstəliyinindən əziyyət çəkirmiş. O, iki dəfə infarkt keçirib.