Almaniyada qaçqın mərkəzlərinin birində çıxan yanğın nəticəsində 10-dan artıq şəxs xəsarət alıb. Mərkəz Frankfurt şəhərindən 30 km aralıdakı Heppenhaym şəhərində yerləşir. Polis daha 60 nəfər yaralını evakuasiya edib. Onlar yanan binadan çıxmağa cəhd göstərərkən xəsarət alıblar. Yaralılar müxtəlif dərəcəlı yanıq xəsarətlərilə xəstəxanaya çatdırılıb. Yanğının səbəbi bəlli deyil.