Düşənbənin aeroport rayonunda asayiş keşikçilərilə Cinayətkar qrup arasında çıxan atışmada 2 OMON-çu və 1 yol müfəttişi həlak olub. Bu barədə baki-xeber.com Gazeta.ru-ya istinadən xəbər verir. Bir yol müfəttişinin isə ağır şəkildə yaralandığı bildirilir. "Cinayətdə Birləşmiş tacik müxalifətinin Müdafiə nazirliyinə inteqrasiya edilmiş, bir qədər əvvəl azad olunmuş üzvündən şübhələnilir”-deyə hüquq-mühafizə orqanlarından verilən açıqlamada bildirilir.
Nazirlikdən o da bildirilib ki, sözügedən insidentin Vəhdət şəhərində tələbənin ölümü və 3 milis işçisinin öldürülməsi ilə əlaqəsi yoxdur.