Düşənbə yaxınlığındakı Vəhdət əyalət şəhərində daxili işlər şöbəsinə hücum nəticəsində 4 asayiş keşikçisi həlak olub. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadən xəbər verir. Xəbərdə bildirilir ki, cinayətkarlar aradan çıxa bilib. Mənbənin xəbərinə görə, hücumdan əvvəl yerli hərbi hissələrin birindən silah-sursat oğurlanıb. "Hücum edənlər 23 yaşlı tələbə Umar Bobocanovun qohumları olub”- deyilən xəbərdə o da bildirilir ki, Universitet tələbəsi Bobocanov Tacikistanda tətildə olarkən 28 avqust tarixində saqqal saxlaması ilə əlaqədar milis şöbəsinə gətirilib. 29 avqustda isə çoxsaylı travmalarla xəstəxanaya yerləşdirilib. 3 sentyabrda gənc dünyasını dəyişib.
Tacikistan daxili işlər naziri fakt üzrə xidməti istintaqın başladılmasına göstəriş verib. Milis işçilərinin öldürülməsindən sonra şəhərdə patrul gücləndirilib.