Misirin Sinay yarımadasında əldədüzəlmə qurğunun işə düşməsi nəticəsində baş verən partlayışda 6 ABŞ sülhməramlısı yaralanıb. Bu barədə baki-xeber.com Gaseta.ru-ya istinadən bildirir. Yaralananlardan 4 nəfəri Amerika vətəndaşıdır. Onlar daha əvvəl baş verən partlayışda yaralanan 2 nəfərin köməyinə gedərkən ikinci partlayışın baş verməsi nəticəsində xəsarət alıblar. Pentaqonun xəbərində belə deyilir. Orada bildiriblər ki, Sinaydakı vəziyyət narahatlıq doğurur və bu səbəbdən yarımadaya əlavə qüvvələrin cəlbi mümkünlüyü nəzərdən keçirilir.