İraqın daxili işlər naziri oğurlanmış türk fəhlələrinin izinə düşməyə nail olunduğunu deyib. İraq daxili işlər nazirliyinin mətbuat katibi Əhməd Camal bəyan edib ki, kəşfiyyat idarəsi ilə xalq könüllü dəstəsinin informasiya mübailəsi nəticəsində fəhlələrin izinə düşm'k mwmkwn olub. "Mən bununla bağlı daxili işlər naziri İbrahim Cəfərini və Türkiyənin İraqdakı səfiri Faruk Kaymakçını məlumatlandırdım. Bəzi qüvvələr İraq-Türkiyə münasibətlərinə xələl gətirmək istəyir, İraq buna imkan verməyəcək”-deyə mətbuat katibi bildirib.
Bu gün İraqın daxili işlər naziri İbrahim Cəfəri səfir Faruk Kaymakçını qəbul edib. Cəfəri situasiyanı nəzarətində saxladığını bildirib. Öz növbəsində səfir də Türkiyənin İraq hökumətinə kömək etməyə hazır olduğunu bildirib. "Biz terrorla mübarizədə münasibətlərimizi inkişaf etdirməyə hazırıq”- deyə səfir Faruk Kaymakçı bildirib.