Moskvada "Moskva və İstanbul arasında münasibətlərin tarixi” mövzusunda sərgi açılıb. Türkiyənin Rusiyadakı səfirliyi və Rusiya Federal Arxiv idarəsinin direktorunun təşkilatçılığı ilə açılan sərgidə çoxlu sayda sənədlər, kitablar və tarixi əşyalar nümayiş olunur. Sərginin açılışında Türkiyənin nazirlər kabineti yanında dövlət arxivlər idarəsinin baş direktoru Uğur Önal, Rusiya federal arxiv agentliyinin başçısı Andrey Artizov, tarixçilər. Türkoloqlar və çoxlu sayda dəvət olunan şəxs iştirak edib.
Qeyd edək ki, "Moskva və İstanbul arasında münasibətlərin tarixi” sərgisinin birinci hissəsinin açılışı bu il 9 iyun tarixində İstanbulda baş tutub.