Dünən gecə saatlarında Sumqayıt şəhərindəyanğın baş verib. Doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 65 kv.m olan üç otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb.
Bakı-xeber.com Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təxliyə olunub.