Belarusun dövlət sərhəd komitəsi Ukrayna ilə sərhədlərinin təhlükəsizliyini gücləndirməklə bağlı qərar qəbul edib. Bu barədə baki-xeber.com TASS-a istinadən bildirir. Bununla bağlı Belarus televiziyasının efirində danışan sözügedən komitənin sədri Leonid Maltsev bu məqsədlə yeni zastavaların təşkili, və sərhədlərin müasir texnika ilə təchiz edilməsinin nəzərdə tutulduğunu deyib. Maltsev onu da bildirib ki, hər bir zastavada iki nov pilotsuz uçuş aparatı yerləşdiriləcək. Onun sözlərinə gprə, Ukraynadan miqrant axını ciddi nəzarət altında saxlanır.