İranın ali dini lideri ayətullah Xamneyi ölkə parlamentinə nüvə məsələsini səsə qoymaq barədə göstəriş verib. Bu barədə baki-xeber.com The New York Times-ə istinadən bildirir. Nəşr qeyd edir ki, Xamneyi özü məsələyə münasibət bildirməyərək bu barədə parlamentin qərar verməli olduğunu deyib. İran lideri Qərbin sanksiyalarına da diqqət çəkərək bildirib ki, sanksiyalar durdurulmalı deyil, artıq tam aradan qaldırılmalıdır.
Bir gün öncə isə bəlli olub ki, ABŞ Konqresi razılaşmanı dəstəkləmək niyyətindədir. Xatırladaq ki, 14 iyul tarixində İranla "Altılıq” ölkələri arasında nüvə zənginləşdirilməsinin həddi ilə bağlı 5 illik razılıq əldə olunub. Tehran bu razılığa əməl etməzsə, üzərindən götürülən sanksiyalar yenidən qüvvəyə minəcək.