Aİ diplomatiyasının başçısı Federika Mogerini ittifaq ölkələrinin müdafiə nazirlərinə EUNAVFOR Med əməliyyatının ikinci fazasına keçməyi təklif edib. Bu barədə baki-xeber.com Vesti.ru-ya istinadən xəbər verir. Təklifin mahiyyəti ondan ibarətdir ki, Aralıq dənizində hərbi dəniz əməliyyatları miqrant daşıyan gəmilərə qarşı yönəlsin. Onun sözlərinə görə, əməliyyatın birinci fazasında məqsədə nail olunub – kəşfiyyat informasiyalarının əldə olunması təmin edilib. "İkinci fazada isə miqrant və qaçqın daşıyan su nəqliyyatı vasitələri həbsi həyata keçirilsin”- deyə Lüksemburqda Aİ ölkələri müdafiə nazirlərinin qeyri-rəsmi toplantısı sonrası mətbuat konfransında Mogerini bildirib.
Qeyd edək ki, sözügedən əməliyyatın üçüncü fazası gəmilərin məhv edilməsini nəzərdə tutur ki, bundan ötrü BMT Təhlükəsizlik Şurasının rəsmi razılığı olmalıdır.