Muşda əsgəri avtomobilin hərəkət edəcəyi yola terrorçular tərəfindən qoyulan bombanın partlaması nəticəsində avtomobildə olan 8 əsgərdən 6-sı yaralanıb. Məsafədən idarə olunan bombanın partlaması ilə zirehli maşın dərəyə aşıb. Yaralılar xəstəxanaya çatdırılarkən ərazidə PKK-çıların yaxalanması istiqamətində əməliyyat başlayıb.