Bodrumda 2 yaşlı Aylan Kurdi və onun 3 yaşlı qardaşı Qalib Kurdinin dünyanı şoka salan cansız görüntüləri əlaqədar təşkilatları hərəkətə gətirib. Sözügedən azyaşlılar da daxil, 8-i uşaq olan 12 nəfər miqrantın həyatını itirməsinin ardından suriyalı olduqları ehtimal edilən 4 nəfər Bodrum Əmniyyət müdirliyi və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən göz altına alınıb. Onların insan qaçaqçılığı maddəsilə ittiham olunduğu bildirilir.