Belə bir bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadən bildirir. Türkiyə rəhbəri bəyan edib ki, hazırda İraq neftinin 80 %-i Qərb kompaniyalarının əlində cəmləşib və bu bölgənin karbohidrogen ehtiyatının "qaymağını” onlar daşıyır. "Qərb iddia edir ki, bu ölkələrə azadlıq və çiçəklənmə gətirir, lakin bu bəyanatlar artıq heç kimi inandıra bilmir. Liviyada, İraqda neft var, Qərb isə ona nəzarət etmək istəyir. Hazırda İraq neftinin 80 %-i Qərb kompaniyalarının əlində cəmləşib, analoji imkanı Liviyada da əldə etmək istəyir”- deyə G20 formatında biznesmenlərini forumunun açılışında Ərdoğan bildirib.
Prezidentin sözlərinə görə, hazırda bu ölkələrdən Türkiyəyə 2 milyona yaxın qaçqın pənah aparıb və bu ölkə onlara kömək məqsədilə əlindən gələn hər şeyi edir.