"Ağıllı və gözəl Mehriban – yazıçı Mircəlal Paşayevin nəvəsi və Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin qızı Azərbaycanda ən nüfuzlu soyadlardan birinin nümayəndəsidir. Mehriban öz nəslinin şöhrətini ləyaqətlə davam etdirib: Seçenov adına Moskva Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib, hələ tələbəlik dövründə Azərbaycanın gələcək prezidenti ilə ailə qurub (onların üç övladı var).
Mehriban əvvəlcə Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda ixtisası üzrə işləyib, sonra xeyriyyəçiliklə məşğul olmağa başlayıb. Hazırda Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiridir. Əlbəttə, ölkənin ən cazibədar xanımıdır”.
Məşhur "Cosmopolitan” jurnalı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı öz oxucularına belə təqdim edir.