Erməni silahlıları Qazax rayonunun kəndlərini atəşə tutdular. Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, erməni silahlıları minaatan, qumbaraatan və iriçaplı pulemyotlardan da istifadə etməklə Qazaxın Kəmərli, Qaymaqlı Aşağı Əskipara və Məzəm kəndlərini güclü atəşə tutublar.
Yaşayış məntəqələrində işıq gələn hissələri hədəf seçən düşmən yandırıcı güllələrdən atəş açaraq kənd sakini Nəsib Nəsibovun yaşayış evini və Hidayət Qurbanovun 500 bağ ot tayasını yandırıb. Bundan başqa, Məzəm kəndində bir avtomobil və xeyli sayda yaşayış evinə güllələr dəyib.