Bakıda avara və dilənçilik həyat tərzi keçirən 40 nəfər barəsində tədbirlər görülüb. Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) "Trend”ə verilən məlumata görə, Binəqədi, Nəsimi Rayon Polis İdarələrinin Post Patrul Xidməti Bölükləri və 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən rayon ərazisində avara və dilənçilik həyat tərzi keçirən 8 kişi, 14 qadın və 18 azyaşlı müəyyən olunaraq barələrində müvafiq tədbir görülüb.