Dünən hakkaridə gecə saatlarında başlanan əməliyyatda 20 PKK terrorçusu məhv edilib. Bu barədə baki-xeber.com Anadolu agentliyinə istinadən bildirir. Xəbərdə deyildiyinə görə, Türkiyənin F-16-ları Hakkari əyalətində PKK-nın mövqelərinə zərbələr endirib. Zərbələr nəticəsində, 20 terrorçudan əlavə, terror təşkilatının zenit qurğularını da sıradan çıxarılıb.
Artıq xəbər verdiyimiz kimi, dünən – 2 sentyabr tarixində PKK yaraqlıları Hakkar/Şəmdinli- Təkəli yoluna nəzarəti həyata keçirən hərbçilərə hücum edərək uzun lüləli silahlardan atəş açmış, nəticədə bir əsgər şəhid olmuş, ikisi yaralanmışdı.