Bağdadın daxili işlər naziri Məhəmməd Səlim əl-Qabban Bağdadda türk fəhlələrinin oğurlanması ilə bağlı təcili toplantı keçirib və onların axtarışını şəxsi nəzarətində saxlayır.Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir. İraq DİN-in yazılı müraciətində bununla bağlı bildirilir: "Nazir məsələ ilə bağlı iclas keçirib, durumu şəxsi nəzarətində saxlayır. Nazir əməliyyata kəşfiyyat xəbərləri və digər əlçatan vasitələrlə tam dəstək verir”. Olayla bağlı nazirliyin xüsusi əməliyyat başlatdığı da gələn xəbərlər sırasındadır. Bu arada istefada olan general-mayor Xəlil əl-Nəimi İraqdakı kriminal vəziyyəti "çox mürəkkəb” adlandırıb.
Xatırladaq ki, dünən İraq paytaxtının Sədr-Siti rayonunda türk inşaat firmasının Türkiyə vətəndaşı olan 18 fəhləsi naməlum şəxslər tərəfindən oğurlanıb.