Hakkarinin Şəmdinli bölgəsində çıxan atışmada bir əsgərin şəhid olmasının ardından ərazidə hava əməliyyatına başlanıb, bölgəyə əlavə qüvvələr cəlb edilib. Hazırda Yüksəkovada kobra tipli helikopterlərin Goman dağının ətəklərini bombaladığı xəbər verilir. Eyni zamanda Sərhəd Piyada Taboru və Şəmdinli Dağ Taktiki mərkəzi pilotsuz uçuş aparatlarının köməyilə müəyyən edilmiş hədəfləri vurur.